29 dekabr 2011 12:33
Araz Abdullayev bu gün Panionisdə debüt edə bilər
Futbol üzrə Azərbaycan millisinin üzvü, “Neftçi”nin yetirməsi Araz Abdullayevi icarəyə götürən Yunanıstanın "Panionios" klubu bu gün yoldaşlıq oyunu keçirəcək. Azerisport.az xəbər verir ki, 19 yaşlı yarımmüdafiəçimizin klubu Yunanıstanın üçüncü liqasında çıxış edən "Koropi" ilə qarşılaşacaq.
“Panionis”ə yenicə qoşulan Arazın da bu matçda meydana çıxması və yeni komandasında debüt etməsi gözlənilir. Qeyd edək ki, "Panionios" Arazı "Everton"dan mövsümün sonuna qədər icarəyə götürüb və güman ki, problemli mövqelərini doldurmaq üçün buna ciddi ehtiyacları var. Məhz bu üzdən yunanların futbolçumuza elə bu görüşdən etibarən şans verməyə başlayacağı inandırıcı görünür.
Sonda onu da bildirək ki, Afina təmsilçisi sabah - ayın 30-da bu komanda ilə daha bir görüşə çıxmalıdı.
