29 dekabr 2011 12:54
“Başqa komandada icarə əsasında oynamağım yaxşıdı”
Xəbər verdiyimiz kimi, "Neftçi"nin futbolçusu Tərlan Quliyev "Sumqayıt" klubuna icarəyə verilib. Azerisport.az xəbər verir ki, gənc futbolçu mövsümün sonunadək bu komandada çıxış edəcək.
Quliyev bununla bağlı fikirlərini klubun rəsmi saytına bildirib: "Oyun praktikamı artırmaq üçün başqa komandada icarə əsasında oynamağım yaxşıdı. Mənə belə bir şərait yaratdıqlarına görə "Neftçi" klubunun rəhbərliyinə və məşqçilər korpusuna minnətdarlığımı bildirirəm. Çalışacağam ki, "Sumqayıt " komandasında özümü yalnız yaxşı tərəfdən göstərib, gələn mövsüm "Neftçi"nin əsas heyətində oynamaq şansı qazanım".
Qeyd edək ki, Tərlan Quliyev eyni zamanda 21 yaşadək futbolçulardan ibarət milli komandamızın əsas heyət üzvüdü.
