30 dekabr 2011 01:14

Berti Foqts bu gün yubileyini qeyd edir

Bu gün Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqtsın doğum günüdü. Azerisport.az xəbər verir ki, alman mütəxəssisin 65 yaşı tamam olur.
 
Əsl adı Hans-Hubert Vogts olan Berti Foqts 30 dekabr 1946-cı il tarixində Almaniyanın Düsseldorf əyalətinin Büttgen şəhərində anadan olub. O, futbolçu karyerasına 1959-cu ildə, 13 yaşında olarkən, Büttgen şəhərinin eyni adlı uşaq futbol komandasında oynamaqla başlayıb.
 
Foqts peşəkar futbolçu karyerasında cəmi bir futbol klubunun şərəfini qorumasına baxmayaraq, böyük uğurlar əldə edib. 1965-ci ildə Münhenqladbax şəhərinin "Borussia" klubunda sağ müdafiəçi mövqeyində oynamağa başlayan Foqst, klubun tərkibində 5 dəfə Almaniya çempionu, bir dəfə Almaniya kubokunun və iki dəfə UEFA kubokunun sahibi olub.
 
Nümayiş etdirdiyi gözəl oyun sayəsində "Teryer" ləqəbini alan Foqts 1979-cu ildə, 33 yaşında olarkən, peşəkar futbolçu karyerasını bitirib. Karyerası boyunca cəmi 419 oyun keçirən Foqst, bu oyunlarda 32 qol vurub. Avrokuboklarda bu göstərici 64 oyunda 8 qoldu.
 
Berti Foqst AFR-in gənclər yığmasının tərkibində 9, 23 yaşa qədər olan milli komandada 3 və ölkənin əsas yığmasının tərkibində 96 oyun keçirib. Foqts alman futbolunun tarixinə, milli komandanın tərkibində ən çox oyun keçirmiş futbolçulardan biri kimi daxil olub. 20 oyunda o, meydançaya "komandanın kapitanı" sarğısı ilə çıxıb. Karyerasının ən parlaq zirvəsi 1974-cü ildə Almaniya milli komandası dünya çempionu adını qazananda olub.
 
Məşqçi karyerasına 1979-cu ildə Almaniyanın milli gənclər komandasında başlayan Foqst, 1986-cı ildən etibarən əsas millidə baş məşqçinin köməkçisi, 1990-cı ildən etibarən isə Almaniya Milli futbol komandasının baş məşqçisi olub. Onun başçılığı altında Almaniya millisi 1996-cı ildə İngiltərədə keçirilən Avropa çempionatının qalibi adını qazanıb. Lakin 1998-ci ildə Dünya çempionatının 1/4 finalında Xorvatiya millisinə böyük hesabla uduzuduqdan sonra Foqst millinin baş məşqçisi vəzifəsindən uzaqlaşdırılıb.
 
Daha sonra Foqst Leverkuzenin "Bayer" klubunun, Küveyt, Şotlandiya, Nigeriya milli yığma komandalarının baş məşqçisi olub. Foqst 2008-ci ilin mart ayından Azərbaycan milli komandasının baş məşqçisidi. Millimiz onun başçılığı altında hələ heç bir uğur qazanmayıb.
 

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.