30 dekabr 2011 13:03

“Neftçinin çıxışından 70-80 faiz razıyam”

"Neftçi"nin əvəzecici heyətinin baş məşqçisi Elşad Əhmədov klubun rəsmi saytına müsahibə verib. Azerisport.az həmin müsahibə ilə sizi də tanış edir.
 
- Əvəzedici komandaların çempionatında mövsüm ekvator xəttinə çatıb. "Neftçi" qış fasiləsinə lider qismində yollandı. Amma biz istərdik bir qədər əvvələ qayıdaq. Başlayaq komandaya gəlişinizdən.
- "Neftçi"yə mövsümün əvvəlində gəldim. Belə bir iddialı klubda çalışmağın çətin, eyni zamanda məsuliyyətli olduğunu anlayırdım. Çünki "Neftçi" üçün həmişə ən yaxşısını etməlisən. Burada yerində saymaq olmaz. Daim inkişaf və dinamika var. "Neftçi"də çalışdığım müddətdə başqa klublar da iş təklifi etdilər. Amma gəlin müqayisə edək, görək harada rəhbərlik yerli gənc futbolçulara belə diqqət və qayğı göstərir? Məhz bu diqqət və tələbkarlıq uğurlu nəticələrə gətirib çıxarır.
 
 - Sizinlə yanaşı, komandaya yeni məşqçi köməkçiləri də cəlb olundu.
- Səttar Əliyevlə Vitali Kovalyov öz işlərini peşəkar şəkildə görən insanlardır. Hər ikisi vaxtilə futbolçu olub və bu işin incəliklərini bilirlər. Əsası odur ki, biz komanda ətrafında yumruq kimi birləmişik. Qarşıya qoyulan məqsədə doğru da birlikdə addımlayırıq.
 
- Mövsüm başlayandan "Neftçi"nin əvəzedici heyəti keçirdiyi 18 oyundan 40 xal toplayıb və hazırda turnir cədvəlinə inamla başçılıq edir. Yəqin ki, baş məşqçi kimi bu vəziyyət sizi qane edir.
- "Neftçi" həmişə qələbə, birincilik üçün oynayan komanda olub. Bura gələn heç bir məşqçi, digər yerlər haqqında düşünə bilməz. Komandanın çıxışından 70-80 faiz razıyam. Bizi yaxşı mənada təəccübləndirən o oldu ki, rəhbərlik "Neftçi"də əsas və əvəzedici komandaları bir-birindən ayırmır. Yəni əvəzedici komanda anlayışı yoxdur. Gənc futbolçular əsas heyətin potensial üzvləri sayılırlar. Əsas məqsədimiz budur ki, birinci komandaya layiqli futbolçular yetişdirək. Çempionluq isə futbolçularda qələbə ruhunu formalaşdırmaq üçündü.
 
- Əsas komandaya futbolçu vermək baxımından vəziyyət necədi?
- Onu deyim ki, 6-7 futbolçumuzun əsas komanda ilə birgə təlim məşq toplanışına qatılması nəzərdə tutulub. Bu namizədlərə misal olaraq Malik Babayev, Kənan Manafov, Əyyub Əliyev, Rəşad Əzizli, Elnur Soltanlı və Elşən Abdullayevin adını çəkə bilərəm. Buna qədər isə Eltun Yaqublu, Ağabala Ramazanov, Kərim Diniyev, İlham Allahverdiyev əsas komandaya cəlb olunmuşdu. Aşağı yaş qruplarından da bir neçə futbolçu götürmək niyyətimiz var, amma əvvəldən onların adlarını çəkmək istəməzdim. Çünki bu elə yaş dövrüdür ki, futbolçularda müəyyən arxayınlaşma ola bilər.
 
- Artıq əvəzedici heyətin 1 futbolçusu icarəyə verilib. Bildiyimizə görə digər namizədlər də var.
- "Neftçi" peşəkar bir klubdu. Burada hər addım komandanın, eləcə də futbolçuların xeyrinə atılır. Bəzi futbolçuları rəhbərlik icarə əsasında digər klublara verib. Məsələn, Tərlan Quliyevlə Nicat Qurbanovun adını çəkə bilərəm. Məqsəd onların daima inkişaf etməsi və oyun praktikasını itirməməsidir. Əvəzedici komanda məcazi mənada desək, ələk rolunu oynayır. Burada hazır olan futbolçular birinci komandaya keçir, digərləri isə icarə əsasında başqa klublarda oynayırlar.
 
- Qış fasiləsində hazırlıqları harada keçəcəksiniz?
- Komanda yanvarın 4-dək istirahətə buraxılıb. Tibbi müayinələrdən sonra, yanvar ayının 11-dən 21-dək Bakıda məşq edəcəyik. Yanvarın 24-dən fevralın 4-ə kimi hazırlığı ölkə xaricində davam etdirəcəyik. Yeri gəlmişkən, bu şəraiti yaratdığına görə klub prezidenti Sadıq Sadıqova minnətdarlığımı bildirirəm. Əgər bu gün hansısa nailiyyətlərə imza atırıqsa, bu həm "Neftçi"nin, həm də ümumilikdə Azərbaycan futbolunun inkişafına xidmət edir.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.