30 dekabr 2011 01:20
Mustafa Dənizli erməni məşqçini qovdu
İranın "Persepolis" (Tehran) klubuna baş məşqçisi təyin olunan məşhur türkiyəli mütəxəssis Mustafa Dənizli komandanın qapıçılarla işləyən erməni məşqçisi Harut Abramyanı postundan uzaqlaşdırıb. Azerisport.az xəbər verir ki, Abramyan türkiyəli məşqçini tənqid edərək, onun bu addımını siyasətlə bağlı olduğunu bildirib.
Abramyan "Tamaşa" qəzetinə açıqlamasında məhz erməni olduğu üçün Dənizli tərəfindən vəzifəsindən kənarlaşdırıldığını iddia edib: "Dənizli hələ də antik düşüncə ilə hərəkət edir. O, Osmanlı-erməni savaşının üstündən 96 il keçməsinə baxmayaraq, hələ də bu savaşın xatirələri ilə yaşayır. Mən Türkiyədə işləmirəm. Bura İrandı və biz ikimiz də bu ölkədə çalışırıq".
Qeyd edək ki, ötən həftə "Persepolis"lə 1,5 illik müqavilə imzalayan Dənizli Abramyanla yanaşı, alman məşqçi Ralf Sumedik və serb məşqçi Serdan Qomaloviçi də vəzifəsindən kənarlaşdırıb.
