30 dekabr 2011 01:30
Bakı Fabio və Boret ilə yollarını ayırır
“Bakı” daha iki futbolçusu ilə yollarını ayıra bilər. Azerisport.az xəbər verir ki, bunlar yarımmüdafiəçi Fabio Luis Ramimlə müdafiəçi Vadim Boretdi.
Bunun mümkünlüyünü paytaxt klubunun baş meneceri Zeynal Məmmədov da istisna etmir. O, bu haqda açıqlamasında aşağıdakıları dilə gətirib:
“Hər iki futbolçu onlara bəslənilən ümidləri doğrulda bilmir. Boret artıq həddən çox yaşlanıb. Fabio isə Azərbaycan yığmasının oyunçusu olduğundan, onu hesabdan silmək istəmirik. Amma bir şeyi də başa düşmək lazımdı ki, elə həmişə növbəti şansı verə bilmərik. Hələ heç nəyə qərar verilməyib. Komandadan gedəcək futbolçuların adları yeni ildən sonra açıqlanacaq”.