30 dekabr 2011 15:31
La Liqada növbəti baş məşqçi istefası
İspaniya La Liqasında növbəti baş məşqçi istefası gerçəkləşib. Azerisport.az xəbər verir ki, 16 matçda sadəcə 10 xal toplaya bilən meksikalı mütəxəssis Xavyer Aqirrer “Zaragoza” rəhbərliyi tərəfindən istefaya göndərilib.
La Liqada son pillədə qərarlaşan “Real Zaragoza” prezidenti uğursuz gedişi görüncə, başqa çıxış yolu görməyib. O, məhz qısa fasilə dövründə 53 yaşlı mütəxəssislə yollarını ayırmağa və yeni məşqçi axtarışına çıxmağa üstünlük verib.
Qeyd edək ki, Aqirre “Zaragoza”nı 2010-cu ildən çalışdırmağa başlamışdı. İndi onun əvəzinə İspaniya U-20 yığmasının çalışdırıcısı Luis Milya və “Getafe”nin sabiq baş məşqçisi Mişel namizəd göstərilir.
