30 dekabr 2011 15:46
Neftçi Amhet Kadırov turnirində çıxış edə bilər
Azərbaycan çempionu “Neftçi” Ahmet Kadırov adına turnirdə çıxış edə bilər. Azerisport.az xəbər verir ki, sözügedən turniri Rusiyanın “Terek” klubu keçirmək istəyir.
Qroznı təmsilçisinin vitse-prezidenti Haydar Alxanov bu haqda açıqlamasında bildirib: “Bu turnirdə səkkiz komandanın iştirakı gözlənilir. İki qrupa bölünəcəklər. İştirakçılar Avropa, MDB və Çindən olan klublar olacaq. Hələlik turnirdə iştirak edəcək klubların dəqiq siyahısı məlum deyil”.
Qeyd edək ki, “Neftçi”nin Türkiyə toplanışı zamanı “Terek”lə yoldaşlıq oyunu keçirməsi də planlaşdırılır. Lakin bu oyunun sözügedən turnir çərçivəsində baş tutması da mümkündü.
