30 dekabr 2011 16:27
DÇ-2012-yə dəstək ol!
Dekabrın 28-də və 29-da Park Bulvar Alış-Veriş Mərkəzində FİFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin təbliğatı məqsədilə tədbir keçirilib. Azerisport.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Məlumatda bildirilir ki, buraya gələnlər xüsusi stendin qarşısında və DÇ-nin maskotu ilə birgə fotoşəkil çəkdirmək imkanı əldə ediblər.
