30 dekabr 2011 17:23

FİFA-dan ağır zərbə: 36 xalı silindi (FOTO)

İsveçrə Futbol Federasiyası “Sion” futbol klubu ilə bağlı sərt qərar çıxarıb. Azerisport.az xəbər verir ki, bu ölkənin aparıcı klublarından olan “Sion”un hesabından 36 xal silinib.

FIFA ilə məhkəmə çəkişməsində olan klub heyətində oynatması qanunsuz olan futbolçuya yer verdiyinə görə çox sərt səza ilə üzləşib. Qeyd edək ki, FIFA iki həftə öncə İsveçrə Futbol Federasiyasına bu qanunsuzluğuna görə “Sion”a qarşı ölçü götürmək tələbini irəli sürmüşdü. Bu tələbi yerinə yetirməyəcəyi halda, yanvarından 13-dən sonra FİFA bu ölkəni üzvlükdən çıxaracaqdı. Lakin göründüyü kimi, İFF vaxtında bu problemi həll edərək, bütün ölkə futbolunun zərbə altına düşməsinə imkan verməyib.

Bu qərar nəticəsində “Sion” mənfi 5 xalla turnir cədvəlinin son pilləsinə enib. Halbuki, komanda 18 turdan sonra 31 xalla 3-cü pillədə qərarlaşmışdı.
 
Qeyd edək ki, eyni səbəbə görə, “Sion” yayda UEFA tərəfindən avrokuboklardan da kənarlaşdırılmışdı.
 
 

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.