30 dekabr 2011 18:45
Ölkə çempionatının lideri baş məşqçi dəyişikliyinə əl atdı
Fransanın “Paris Saint Germain” klubu baş məşqçisiz qalıb. Azerisport.az xəbər verir ki, xeyli müddətdi gözlənilən bu istefa nəhayət ki, rəsmiləşib.
Belə ki, klub öz rəsmi saytı vasitəsi ilə Antuana Kombuar ilə yolların ayrıldığı bəyan edilib. Bu baş məşqçinin komandanı tərk etməsi hələ mövsümün əvvəlində də gündəmdə olmasına rəğmən, məhz indi gerçəkləşib.
Hər şeyə rəğmən, 48 yaşlı mütəxəssisə 2 illik fəaliyyəti dövründəki xidmətlərinə görə minnətdarlıq edilib, ona uğurlar arzulanıb.
Fransa klubunun yeni baş məşqçisi isə italiyalı Karlo Ançelotti təyin olunub. Maraq üçün onu da bildirək ki, Kombuarın komandası qış fasiləsinə 19 oyundan topladığı 40 xalla lider kimi yollanmışdı.
