30 dekabr 2011 11:26
Araz Abdullayev Panioniosda debüt etdi
Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Araz Abdullayev yeni fransfer olunduğu Yunanıstanın Superliqa təmsilçisi “Panionios”un heyətində ilk oyuna çıxıb. Azerisport.az xəbər verir ki, 19 yaşlı futbolçumuz aşağı liqa təmsilçisi “Eypidoforos” ilə yoxlama görüşündə debüt edib.
Araz əsas heyətdə meydana daxil olub və 60-cı dəqiqədə əvəzlənib. Qeyd edək ki, Arazın 70 nömrə forma altında oyuna çıxdığı matç 3:2 hesabı ilə "Panionios"un xeyrinə başa çatıb. Üçüncü qolun ötürməsini məhz Araz verib. Komandasının buraxdığı qollar isə son dəqiqələrdə, futbolçumuzun meydanda olmadığı vaxta təsadüf edib.
Bu gün Arazın komandasının daha bir yoldaşlıq oyunu keçiriləcəyi gözlənilir.
