30 dekabr 2011 11:45
“Yaxşı ki, biz onlara 0:3 hesabıyla uduzduq”
“Qəbələ”nin qapıçısı Pavel Doroşev komandasının cari mövsümkü çıxışını dəyərləndirib. Azerisport.az saytına müsahibəsində latviyalı qolkiper bunları dilə gətirib:
“Bu mövsümkü çıxışımızı heç də müsbət qiymətləndirməzdim. Komandada çox böyük potensial var. Təəssüf ki, onu aça bilmədik. Bu, bütün komandaya aiddi. Məndən tutmuş hücumçulara kimi. Klubumuz gəncdi. Özünüz də bilirsiz ki, rəhbərliyimiz qarşısına böyük hədəflər qoyub. Baza və stadion tikilir. Şəxsən mən tezliklə gözəl futbol və nəticələr olacağına inanıram. Biz hələ yolun başlanğıcındayıq və özümüzü axtarırıq. Necə deyərlər, axtaran da tapar. Son oyunlarımızda biz daha inamlı idik. Məsələn, “Qarabağ”la oyunun (0:0) sonradan təkrarlarına baxmışam. Həmin görüşdə iki xal itirdiyimizi deyə bilərəm. Boyan Pavloviç bizimlə oyunda qapısını əla qorudu. Əks halda qələbə qazanmalıydıq. Əsas izləyicilərimiz olan AZAL və “Rəvan” da yaxşı futbol sərgiləyir. AZAL-ın son dövrlər qəribə nəticələrə imza atmasına baxmayaraq, yaxşı futbolçuları var. Yaxşı ki, biz onlara 0:3 hesabıyla uduzduq. Yoxsa daha çox qol buraxacaqdıq. İstənilən halda çempionluq uğrunda mübarizədən kənar qalmaq haqda düşünmürük. Yenidən birinci altılığa düşməmək çox ağır olar”.