30 dekabr 2011 11:54
Yunan məşqçi Araz Abdullayevdən razı qaldı
Yunanıstanın "Panionios" klubunun baş məşqçisi Apostolos Mantzios üçüncü liqa təmsilçisi "Koroki" komandasına qarşı keçirilən yoxlama oyunundan (3:2) sonra mətbuat konfransı keçirib. Azerisport.az xəbər verir ki, o, bu görüşdə azərbaycanlı Araz Abdullayev də daxil olmaqda komandada olan yeni futbolçuları sınaqdan çıxardığını deyib.
Baş məşqçi bu futbolçuların "Panionios"da ilk matçlarını keçirdiklərini və onlara komandaya uyğunlaşmaq üçün hələ vaxt lazım olduğunu söyləyib.
Konkret Arazın oyununa gəlincə, o, bunları dilə gətirib: “Gördüklərimdən razı qaldım. Onun oyunu xoşuma gəldi”.
