30 dekabr 2011 12:02
Azərbaycan yığması İranla qarşılaşa bilər
Xəbər verdiyimiz kimi, 2012-ci il fevralın sonunda Azərbaycan milli komandasının Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təlim-məşq toplanışı keçiriləcək. Azerisport.az xəbər verir ki, hazırlıq prosesi çərçivəsində millimizin İran yığması ilə yoldaşlıq oyunu keçirməsi üçün hazırda AFFA tərəfindən danışıqlar aparılır.
Müzakirələrin necə başa çatacağı hələlik dəqiq deyil. Hər halda yaxın günlərdə bu məsələyə konkret aydınlıq gələ bilər. Qeyd edək ki, buna qədər yığmamızın həmin dövrdə Dubayda təlim-məşq toplanışında olması gözlənilən Suriya millisi ilə görüşməsi gündəmdə idi.
