30 dekabr 2011 12:28

Pavel Doroşevə görə Məmmədov-Adams-Kavlak üçlüyünün fərqi

“Qəbələ”nin qapıçısı Pavel Doroşev komandasının son dövrlərdəki baş məşqçilərini müqayisə edib. Azerisport.az saytına müsahibəsində latviyalı qolkiper birgə çalışdığı Ramiz Məmmədov, Toni Adams və Fatih Kavlak barədə bunları dilə gətirib:
 
“Toni Adamsın mövsümün gedişində istefa verməsi təbii ki, bizim klub üçün əsas hadisə oldu. Bu, bizi çox təəccübləndirdi. Amma artıq hər şey tarixin yaddaşına köçüb. Toni Adamsla Ramiz Məmmədov fərqli mentalitetə malik adamlar idilər. Ramiz müəllimə çox hörmət edirəm. Məni Azərbaycan futboluna o gətirdi, keyfiyyətlərimi açmaqda mənə kömək etdi. Adamsla isə əsas heyətin oyunçusu oldum. Toni ilə də əla münasibətim var idi. Amma idmanda heç nə əbədi deyil. Hər şeyi dəyişir. Bütün qapıçılar kimi mən də emosionalam. Adamsın sayəsində isə artıq emosiyalarıma sahib çıxa bilirəm. Bu, mənə təkcə meydanda yox, ondan kənarda da kömək edir. İngilisə buna görə minnətdaram. Onunla işləmək mənim üçün böyük şərəf idi. Fatih Kavlaka gəlincə, hesab edirəm ki, komanda onun rəhbərliyi altında uğur qazana biləcək. Kavlak həmişə öz yerini və nə deyəcəyini yaxşı bilir. Komandada hamı ona hörmət edir. Əgər kimisə bəyənmirsə, heyətdən çıxarır. Onun üçün əsas kollektivçilikdi”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.