30 dekabr 2011 12:41
Superliqa klubunun fransız forvardı Qəbələdə
"Qəbələ" klubu qış fasiləsində ilk transferini həyata keçirməyə yaxındı. Azerisport.az xəbər verir ki, bölgə təmsilçisi Türkiyə Superliqasında çıxış edən "Mersin İdmanyurdu"nun hücumçusu Yannik Kamanan ilə danışıqlar aparır.
Afrika əsilli fransız futbolçunun transferi ilə bağlı artıq ilkin razılıq əldə olunub. Lakin hələlik futbolçunun transferi tam həllini tapmadığı üçün bu barədə rəsmi açıqlama verilmir.
Qeyd edək ki, 1981-ci il təvəllüdlü bu oyunçu “Mersin İdmanyurdu”nda bu il cəmi 3 oyuna çıxıb. Onun bundan əvvəlki klubu isə “Sivasspor” olub ki, burda 2009–2011 mövsümləri ərzində 52 oyuna 11 qol vurub. Bütövlükdə isə Kamanan vaxtilə “Tottenham” (İngiltərə), “Strasbourg” (Fransa), “Dijon” (Fransa), “Ajaccio” (Fransa), “Maccabi” (Herzliya, İsrail), “Maccabi” (Təl-Əviv, İsrail) kimi klublarda da top qovmağa imkan tapıb və heç də pis karyeraya malik deyil.
