31 dekabr 2011 11:54
Böyükağa Hacıyev: 2012-də yenə Azərbaycan çempionu olmaq istəyirəm
“Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev yeni ili Bakıda qeyd edəcək. Azerisport.az saytına müsahibəsində o, yeni ildən gözləntilərini də dilə gətirib:
“Mənə elə gəlir ki, belə bayramları evdə qeyd etmək lazımdı. Çünki Bakı da artıq heç bir Avropa şəhərindən geri qalmır. Bayramı ailəmlə birgə keçirəcəm. Gərgin ildən sonra yaxşı istirahət etmək istəyirəm.

Yeni ildən nə gözləyirəm? Yenidən Azərbaycan çempionu olmaq istəyirəm. Amma bu dəfə “Neftçi”ylə. Həm də avrokuboklarda ölkəmizi layiqincə təmsil etməyi arzulayıram”.