31 dekabr 2011 00:20
Bakı Rumıniya klubu ilə qarşılaşacaq
“Bakı”nın qış təlim-məşq toplanışı dövründə qarşılaşacağı rəqiblərdən birinin adı müəyyənləşib. Azerisport.az xəbər verir ki, paytaxt klubu hazırlıq prosesi dövründə Rumıniya klubu ilə üz-üzə gələcək.
Bu, sözügedən ölkənin “Panduri” komandası olacaq. Qarşılaşma yanvar ayının 26-da Antalyada baş tutacaq.
Bütövlükdə isə Aleksandr Starkovun komandası Türkiyə toplanışı dövründə altı sınaq matçı keçirməyi planlaşdırır.
