1 yanvar 2012 13:07
Messi 2011-ci ilin ən yaxşı bombardiri oldu
İspaniyanın “Barcelona” klubunun lideri Lionel Messi yığma komandaların matçları və beynəlxalq kubok turnirləri oyunları nəzərə alınmaqla, 2011-ci ilin yekunlarına əsasən ən yaxşı bombardir adını qazanıb. Azerisport.az xəbər verir ki, bu barədə məlumat Beynəlxalq Futbol Tarixi və Statistikası Federasiyasının (İFFHS) rəsmi saytında yer alıb.
Hesabat dövründə argentinalı İFFHS-nin nəzərə aldığı görüşlərdə 19 top (4 top yığma komandanın heyətində, 15-i avrokuboklarda) vurub. Bu siyahıda ikinci yeri 2010/11-ci illər mövsümündə Avropa liqasının ən yaxşı snayperi sayılan Radamel Falkao tutub. Kolumbiyalının hesabında 17 top (4+13) var. Ən yaxşı üçlüyü 16 qolla iordaniyalı Həsən Əbdülfəttah (10+6) tamamlayıb.
Xatırladaq ki, 2010-cu ildə beynəlxalq futbolda ən yaxşı hücumçu adını o vaxt Milanın “İnter” klubunun heyətində oynayan kamerunlu Samuel Eto'O və Küveyt təmsilçisi Bader Əl-Mutava bölüşmüşdü.
