1 yanvar 2012 13:58
“Bakını hesabdan silmək hələ tezdi”
“Bakı”nın kapitanı Cəmşid Məhərrəmov komandasının çempionluq şanslarını dəyərləndirib. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Çempionat hələ yenicə qızışır. Qalib mövsümün sonunda bəlli olacaq. “Bakı”nı hesabdan silmək hələ tezdi. Çünki komandamız çempionatın final mərhələsini birinciyə nisbətən daha uğurlu keçirir. Mövsümün başlanğıcı isə bizlik deyil. İndi əsas yaxşı istirahət edib, güc toplamaq, qarşıdakı oyunlara yaxşıca hazırlaşmaq lazımdı. Hər bir komandanın xal itirməsi mümkündü. Bunu dramatikləşdirməyə ehtiyac görmürəm. “Xəzər Lənkəran”la son oyundakı darmadağına gəlincə, bizim hələ revanş götürmək üçün imkanımız olacaq.

Həmin oyunda hər iki komanda bərabər səviyyəli futbol sərgilədi. Buna görə də böyük hesabla uduzmağımız bir qədər üzücü oldu. Hər şey penaltidən başladı. Məhz həmin epizod oyunda əsas dönüş nöqtəsi oldu. İndi biz istirahətdəyik. Amma elə yenilgidən sonra rahat istirahət də etmək olmur. Fikrimcə, məğlubiyyətimizin əsas səbəblərindən biri zədəlilərimizin çoxluğu idi. Elvin Əliyev, Aleksandr Şoliç, Fabio Luis Ramim bizə kömək edə bilmirdi. İnsaf naminə rəqibimizin bu oyuna daha yaxşı hazırlaşdığını da qeyd etməliyəm. Amma onların üstünlüyü penaltidən sonra yarandı. “Xəzər Lənkəran” 3:0 hesablı qələbəyə layiq oyun göstərmədi. Sadəcə, biz çox zəif təsir bağışladıq. Meydana çıxan futbolçularımız da tam hazır deyildi. Parks meydana zədəli çıxmışdı, Novruz Məmmədovda da eyni problem var idi. Belə vəziyyətdə “Xəzər Lənkəran” kimi rəqibə qarşı oynamaq asan olmur”.