1 yanvar 2012 14:19
Araz Abdullayevə daha iki yol yoldaşı
Yunanıstanın “Panionios” klubu heyətini gücləndirməkdə davam edir. Azerisport.az xəbər verir ki, bu günlərdə Azərbaycan millisinin yarımmüdafiəçisi Araz Abdullayevi heyətinə qatan Afina təmsilçisi daha iki oyunçu alıb.
Bunlar Vasil Roba və Efimiz Kuluçeridi. Artıq Araz kimi, bu futbolçularla da müqavilə imzalanıb.
Qeyd edək ki, İngiltərənin “Everton” klubuna məxsus olan Abdullayev Yunanıstan klubuna icarə əsasında keçib.
