1 yanvar 2012 14:32
Azərbaycanlı hakim Avropada «fərqləndi» (VİDEO)
Azərbaycanlı hakim Elnur Muradov Avropada “fərqlənib”. Azerisport.az xəbər verir ki, o, Hollandiya mətbuatının seçiminə görə ötən ilin ən “anlaşılmaz hakim səhvləri” sırasında ilk beşlikdə yer alıb.
Buna isə onun Premyer Liqamızın 12-ci turunun “Neftçi” – “Xəzər Lənkəran” (5:0) matçının əvvəlində buraxdığı kobud səhv səbəb olub. Belə ki, həmin epizodda meydan sahiblərinin oyunçusu Rəşad Abdullayev qonaqların müdafiəçisi Şəhriyar Xəlilovun sifətinə zərbə endirsə də, hakim yarımmüdafiəçini cəzalandırmaq əvəzinə, “Neftçi”nin lehinə qayda pozuntusu qərara almaqla hamını təəccübləndirmişdi. Hətta həmin vaxt bu hadisə Avropa mətbuatında da əks-sədaya səbəb olmuşdu. İndi isə ilin yekunlarına görə bu epizod ən yadda qalan hakim səhvləri sırasına düşüb.
