1 yanvar 2012 12:28

Samir Zərgərov: İnter ilə çempion olmaq istəyirəm

“İnter”in yarımmüdafiəçisi Samir Zərgərov azerisport.az saytına müsahibəsində komandasının qış fasiləsinə qədərki çıxışını və gələcək şanslarını dəyərləndirib. O, öncə bunları dilə gətirib:

“Geridə qalan 18 tur demək olar ki, bizdə pis alınmadı. Artıq 14 oyundu məğlub olmuruq, turnir cədvəlinin ikinci pilləsində qərarlaşmışıq. Bütün bunlar ancaq müsbət amillərdi. Əgər bu tempdə davam etsək, “İnter”in məğlubiyyətsiz seriyası 2012-də də hələ çətin qırıla”.
 
Məlum olduğu kimi, çempionatın 3-cü turunun “Bakı” ilə oyunundan sonra “bankirlər” texniki məğlubiyyət aldılar. Zərgərovun sözlərinə məhz həmin olaylar sonrakı uğurların qazanılması yolunda onlar üçün əsl stimul oldu: “Həmin oyundan sonra hətta meydandan çıxmağımıza təəssüfləndik. Mən əminəm ki, “Bakı” o penaltini dəyərləndirə bilməyəcəkdi. Nəticədə biz də özümüzə bir xalı təmin etmiş olacaqdıq. Həmin texniki məğlubiyyət olmasaydı, “Neftçi”ylə aramızdakı 1 xal fərqi də olmazdı”.
 
Yarımmüdafiəçi 18-ci turun “Simurq”la oyunundakı qalmaqala da toxunub: “İnter”in meydanı tərk etməsinə görə hansı aqibətlə üzləşməsini hamı gördü. Ondan sonra mən başqa hansısa komandanın eyni aqibəti yaşamasını arzulamırdım. Yaxşı ki, “Simurq” da meydanı tərk etmək fikrindən daşındı. Çünki buna ehtiyac da yox idi. Hər halda biz qollarımızı vurmuşduq, 3 xalı təmin etmişdik. Həmin oyun çox gərgin alındı. Maraqlı oyun idi. Həmin turda “Neftçi”nin xal itirməsini çox arzulasaq da, təəssüf ki, onlar zirvəni əldən vermədilər”.
 
Paytaxt klubundakı öz çıxışını dəyərləndirərkən, Zərgərov bunları qeyd edib: “Mən mövsümün əvvəlində “İnter”ə gələndə zədə aldım. Buna görə Premyer Liqanın startında bir neçə tur oynaya bilmədim. Bundan sonra dörd oyunluq diskvalifikasiya gəldi. Bu üzdən daha bir ay yaşıl meydanlardan kənar qaldım. Amma məhz həmin qırmızı vərəqə məni daha məsuliyyətli olmağa vadar etdi. İndi daha çox məşq etməliyəm ki, özümə əsas heyətdə yer qazanım. Ordakı yerini qorumaq daha vacibdi. “İnter”lə çempion olmaq istəyirəm”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.