2 yanvar 2012 13:01
Arazın komandası yeni qapıçı axtarışında
Futbol üzrə gənclərdən ibarət Azərbaycan yığmasının yarımmüdafiəçisi Araz Abdullayevin yenicə keçdiyi Yunanıstanın “Panionios” klubu heyətini gücləndirməyə davam edir. Azerisport.az xəbər verir ki, bu günlərdə həmyerlimizlə yanaşı daha iki oyunçunu heyətinə qatan Afina təmsilçisi indi də qapıçı axtarışındadı.
Belə ki, Superliqa klubu hazırkı qapıçısı ilə yollarını ayırmağa hazırlaşır. Mümkündü ki, çıxışıyla o qədər də etimadları yaxşı doğrulda bilməyən avstriyalı qapıçı Yurgen Maxo qış transfer pəncərəsi dövründə komandadan uzaqlaşdırılsın. Məhz bu üzdən artıq yunanlar yeni qapıçı axtarışına da çıxıblar.
