2 yanvar 2012 15:57

Etibar Tarıverdiyev: Popoviç Kamranı millinin əsas heyətindən sıxışdıra bilər

Futbol üzrə Azərbaycan yığmasının yeni məşqçisi Etibar Tarıverdiyev azerisport.az saytına müsahibəsində bu təyinatından danışıb.
 
- Sizcə, aşağı yaş qrupları üzrə yığmalardan əsas milliyə keçməyə layiq idiniz?
- Bunu müzakirə etmək çətindi. Əgər əsas milliyə dəvət olunmuşamsa, deməli buna layiq idim. Bu təyinata görə çox şadam. Burda da özümü göstərmək istəyirəm.
 
- Berti Foqts sizi bir neçə namizədin arasından seçib. Niyə məhz siz?
- Seçim Uli Ştaynın olub. Əsas yığmanın qapıçılarla işləyən məşqçisi mənimlə yanaşı Elşad Tahirov (U-17) və Ramiz Əhmədovu da (U-19) nəzərdən keçirirdi. Almaniyalı məşqçi özü də bildirdi ki, bu məşqçilər arasında seçim etmək onun üçün çox çətin oldu.
 
- “Sumqayıt”dakı işinizi davam etdirəcsiz?
- İşləyəcəm. “Sumqayıt” böyük layihədi. Bu komandada çox perpspektivli uşaqlar cəmləşiblər. Onlar yaxın zamanlarda əsas millidə də çıxış edə bilərlər. Biz gənclərə şans veririk. Digər klublarda heç belə imkan yaradılmır.
 
- Uli Ştayn sizdən nə tələb edir?
- Mən hələ onunla gələcək işlərimiz barədə konkret söhbət etməmişəm. İndi sadəcə onu bilirəm ki, Ştaynın köməkçisi funksiyasını yerinə yetirəcəm. O, dünya səviyyəli mütəxəssisdi. Belə mütəxəssislə çalışmaq mənim ancaq xeyrimə olacaq.
 
- Sizin yığmaya gəlişinizdən sonra nə dəyişiklik gözləyə bilərik? Məsələn, az qol buraxacağıq?
- Mən istəyirəm ki, biz ümumiyyətlə qol buraxmayaq. Son seçmə mərhələdə Kamran Ağayev yaxşı təsir bağışladı. Albaniya ilə oyunda (1:0) Andrey Popoviç də özünü yaxşı tərəfdən göstərdi. Çox şey ondan asılıdı. Mən istəyirəm ki, Popoviç yaxşı qapıçı olsun. Amma o, bunu məndən də çox istəməlidi.
 
- Yaxın zamanlarda Kamran Ağayevin əsas rəqabət apardığı qapıçı kim olacaq?
- Kamran istedadlı qapıçıdı. Amma komandada rəqabət də olmalıdı. Onun əsas rəqibi Andrey Popoviç, Səlahət Ağayev və Aqil Məmmədovdu. Ola bilər Popoviç Ağayevi elə gələn tsikldən əvəz etməyə başladı, kim bilir?

 

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.