2 yanvar 2012 16:15
SŞ rəsmən adını dəyişdi
Futbol üzrə Azərbaycan Premyer Liqasının debütantı “Sumqayıt Şəhər” rəsmən adını dəyişib. Azerisport.az xəbər verir ki, artıq yanvarın 1-dən etibarən gənclik şəhərinin təmsilçisi “Sumqayıt” adını daşımağa başlayıb.
Belə olan halda, “Sumqayıt” Premyer Liqamızda təmsil etdiyi şəhərini adın daşıyan üçüncü komandaya çevrilib. Hansı ki, “Bakı” və “Qəbələ” də təmsil etdiyi bölgənin adını daşıyır.
