2 yanvar 2012 18:46
Xəzər Lənkəran bu həftə toplaşır
Premyer Liqada yaranan qış fasiləsindən yararlanaraq istirahətə buraxılan “Xəzər Lənkəran” cümə günü, yanvarın 6-da Lənkəranda bir araya gələcək. Azerisport.az xəbər verir ki, yanvarın 6-dan 16-na qədər 10 gün ərzində komanda doğma şəhərdə hazırlıq keçirəcək.
Bundan sonra isə komanda yanvarın 16-da təlim-məşq toplanışı keçirmək məqsədi ilə Türkiyəyə yola düşəcək. “Ağ-yaşıllar” fevralın 2-dək Belekdə hazırlaşacaq. Burada 5 yoxlama matçında qüvvəsini sınayacaq “Xəzər Lənkəran” bir neçə yeni futbolçunu da baxışdan keçirəcək. (12-ci oyunçu)
