2 yanvar 2012 11:56

“Əminəm ki, milli növbəti tsikldə 10-12 xal toplaya biləcək”

Futbol üzrə Azərbaycan yığmasının və “Qarabağ”ın yarımmüdafiəçisi Əfran İsmayılov azerisport.az saytına müsahibəsində 2011-ci ilin yekunlarından danışıb, eləcə də gələcək karyerasına toxunub.
 
- Mövsümün geridə qalan dövrünü “Qarabağ” üçün necə qiymətləndirirsiz?
- Mən bu mövsümü özümüz üçün elə də yüksək qiymətləndirə bilmərəm. Çünki hazırda turnir cədvəlində 5-ci yerdə gedirik. Amma bütövlükdə, geridə qalan 18 turu nə pis, nə də çox yaxşı keçirdik. Çempionluq mübarizəsi hələ davam edir. Qarşıda bizi ikinci dövrənin daha dörd oyunu gözləyir, ardından da altılıq mərhələsi. Əminəm ki, qarşıdakı fasilə və qış hazırlığı “Qarabağ”ın xeyrinə işləyəcək və biz daha sabit çıxış edə biləcəyik. İndi turnir cədvəlinin üst sıralarından bizi cəmi 5-6 xal ayırır. Bunu da aradan qaldırmağımız mümkündü.
 
- 2011-ci il bütövlükdə sizin üçün necə alındı?
- 2011-i şəxsən mənim üçün uğurlu saymaq çətindi. Zədə səbəbindən mən aylarla futbolsuz qaldım. Həm də elə zədədən sonra əvvəlki kimi oynamağın mümkünsüz olur. Amma Allaha şükür ki, məndə hər şey yaxşı oldu və bərpa ola bildim. Son oyunlarda formamı qaytarmaqda olduğumu hiss edirdim. Ümid edirəm ki, bir daha belə bir halla üzləşmərəm.
 
- “Qarabağ” bu il də azərbaycanlı azarkeşləri Avropa Liqasında daha çox sevindirən klub oldu. Amma əvvəlki illərdən fərqli bu dəfə yolunuz bir qədər qısa sürdü...
- Bəli, avrokubok oyunlarını da yada salanda kədərlənməmək olmur. Çünki yolumuza davam edə bilmədik. “Brugge”yə səfərdə 1:4 hesabıyla uduzmasaydıq, bəlkə də uğur qazana bilərdik. Amma müsbət amilləri də qeyd etmək lazımdı. Beynəlxalq arenada növbəti dəfə təcrübə topladıq. Çox ümid edirəm ki, 2012-ci ildə biz nəinki avrokuboklara düşə, hətta qrup mərhələsinə kimi irəliləyə biləcəyik.
 
- Artıq Antalya toplanışı dövründə qarşılacağınız rəqiblərdən ikisi məlumdu. Bunlardan biri Qazaxıstan “Taraz”ı, digəri isə Avstriya “Rid”idi...
- “Rid” kimi kluba qarşı oynamaq mənim üçün çox xoşdu. Bizim üçün nə qədər çətin rəqib olsa, bir o qədər yaxşıdı. Onda oyun da maraqlı alınır. “Taraz” da kifayət qədər möhkəm komandadı. Ümid edirəm ki, digər rəqiblərimiz bu iki komandadan zəif olmayacaqlar. Güclü rəqiblərə qarşı oynamaq istəyirəm.
 
- Sizcə, “Qarabağ”da hansı mövqenin gücləndirilməsinə ehtiyac var?
- Bu, əlbəttə, məşqçi korpusuna daha yaxşı məlumdu. Mənə verdiyiniz suala isə belə cavab verə bilərəm ki, bizdə hücum xəttinin möhkəmlənməsinə ehtiyac var. Həmçinin ehtiyat qüvvəni də möhkəmləndirmək üçün iki oyunçu pis olmazdı. Fikrimcə, bu, xeyrimizə işlərdi.
 
- 2011-i Azərbaycan yığması üçün necə qiymətləndirərdiz?
- Ötən mövsüm biz yığma tarixində görünməyən nəticəyə imza atdıq, seçmə mərhələlərdə ilk dəfə 7 xaldan çox toplaya bildik. Amma əminəm ki, ondan daha yaxşı nəticəyə imza ata bilərdik. Komandamız gəncdi. Oyunçular hələ təzə-təzə bir-birini başa düşməyə başlamışdılar. Əla baş məşqçimiz var. Buna görə əminəm ki, qarşıdakı seçmə mərhələdə biz minimum 10-12 xal toplayacağıq. Biz buna qadirik.
 
- Bu, kifayət qədər optimist açıqlamadı...
- Əlbəttə, indi zəif komanda yoxdu və hər yığmanın öz stili var. Amma DÇ-2014-dəki qrupumuz AÇ-2012-dəki qədər çətin deyil. Hər halda gənclərdən qurulan komandamız da uğura acdı və özünü göstərmək üçün hər şeyi edəcək.
 
- Sizə yeni transfer təklifləri gəlməyib?
- Həmişə demişəm ki, yerli klublar arasında “Qarabağ”dan başqasında oynamaram. Xarici klublara gəlincə, tez-tez eşidirəm ki, Türkiyə, Rusiya və digər ölkə klubları maraqlanırlar. Amma mən lazımi formamı yığmayınca, “Qarabağ”dan heç yerə getməyəcəm. Çünki mən hələ Ağdam klubuyla çempion olmaq istəyirəm. Allah eləsin, avrokuboklarda da qrup mərhələsinə düşək. Ondan sonra rahatlıqla getmək olar.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.