2 yanvar 2012 00:04
Akif İsmayılov: Mərkəzi arenaya həmişə tələbat olacaq
Tofiq Bəhramov adına Respublika stadionunun direktoru Akif İsmayılov azerisport.az saytına müsahibəsində arenada aparılan yenidənqurma işlərindən və planlardan danışıb.
- Stadionun yenidənqurma işləri necə gedir?
- İşlər yaxşı gedir. Artıq tribunaların üstünün örtülməsi üçün lazım olan ilkin işlər tamamlanmaq üzrədi. Yanvarın əvvəlində artıq örtüklərin quraşdırılmasına başlanılacaq. Mayın əvvəlində isə arena tam hazır olacaq.

- Amma stadion 2012-ci ilin mart ayının 30-da hazır olmalıydı...
- Məsələ burasındadı ki, sonradan yenidənqurma işlərində bəzi dəyişikliklər edildi. Buna baxmayaraq, mən dediyim vaxt da ən gec tarixdi. Şübhəsiz ki, hamımız işlərin öncədən nəzərdə tutulan vaxtda tamamlanmasına çalışırıq.
- İşlər niyə gecələr də davam etdirilir? Bu, işlərin məhz vaxtında tamamlanması üçün atılan addımdı?
- Həqiqətən, bəzən işlər gecələr də davam etdirilir. Bu, hər gün belə olmur. Amma hərdən işlərin dayanmamasına və vaxtında tamamlanmasına ehtiyac yaranır.
- Yeni tribuna nə qədər azarkeş tutumuna malik olacaq?
- Hələ dəqiq demək çətindi. 4-5 minlik artım gözlənilir. İşlər tamamlandıqdan sonra təxminən 34 minə yaxın azarkeş tutumu gözlənilir. Bu tribunaların altında həm də paltardəyişmə otağı, hakimlər və mətbuat konfransı otaqları da tikiləcək. Bir sözlə, hər şey beynəlxalq arenalarda olduğu kimi təşkil olunacaq.
- Bəs tablo necə olacaq?
- Köhnəsini nə edəcəyimizi bilmirəm. Amma yenidənqurmadan sonra arenada yeni tablo quraşdırılacaq.
- Köhnəsini nə edəcəyimizi bilmirəm. Amma yenidənqurmadan sonra arenada yeni tablo quraşdırılacaq.
- Bəs o, köhnədən nə ilə fərqlənəcək?
- Bir qədər müasir şərtlərə cavab verir. Hələ bu haqda danışmaq çox tezdi. Biz hələ işlərin o həddinə çatmamışıq. Hələ bizi tribunaların üstünü bağlamaq kimi çox çətin iş gözləyir.
- Bir qədər müasir şərtlərə cavab verir. Hələ bu haqda danışmaq çox tezdi. Biz hələ işlərin o həddinə çatmamışıq. Hələ bizi tribunaların üstünü bağlamaq kimi çox çətin iş gözləyir.
- Qazonla bağlı hansı dəyişikliklər gözlənilir?
- Köhnə qazondan artıq heç nə qalmayıb. Hər şey yenidən qurulacaq. Yeni qazonun əsas fərqi onda olacaq ki, bunun öz qızdırıcı sistemi də olacaq. Hansı ki, bu, Azərbaycanda ilk belə ot örtüyü olacaq.
- Köhnə qazondan artıq heç nə qalmayıb. Hər şey yenidən qurulacaq. Yeni qazonun əsas fərqi onda olacaq ki, bunun öz qızdırıcı sistemi də olacaq. Hansı ki, bu, Azərbaycanda ilk belə ot örtüyü olacaq.
- “Bakı” öz stadionunda daha bir neçə tribuna quraşdıraraq ev oyunlarını elə həmişə orda keçirməyə hazırlaşır. “Neftçi”nin gələcək qərarı hələlik bilinmir. Qorxmursuz ki, mərkəzi arenaya tələbat az olacaq?
- Ölkədə nə qədər çox stadion olsa, bir o qədər yaxşıdı. Təki deməsinlər ki, bütün komandalar eyni stadionda oynayırlar. Hər şeyə rəğmən, Tofiq Bəhramov adına stadiona həmişə tələbat olacağını düşünürəm. Axı Azərbaycan yığması da ev oyunlarını burda keçirir. Əminəm ki, bəzi klublarımız da avrokuboklardakı ev oyunlarını məhz burda keçirmiş olacaqlar. Kim bilir, bəlkə bəzi klublar yeni stadionumuzu görəndən sonra fikirlərini dəyişəcəklər? Hər şey mümkündü.