2 yanvar 2012 00:10
Türkiyə klubundan Qəbələyə şad xəbər
Türkiyə Superliqası təmsilçisi “Mersin İdman Yurdu” Afrika mənşəlli fransalı futbolçusu Yannik Kamananın Azərbaycanın “Qəbələ” komandasına keçməsinə problem yaratmayacaq. Azerisport.az xəbər verir ki, Mersin klubunun baş məşqçisi Nurullah Sağlam Kamananın komandanı tərk etmək istədiyini deyib.
Bu səbəbdən Nurullah Sağlam futbolçunun başqa kluba keçidinə əngəl olmayacaqlarını söyləyib. Yaxın vaxtlarda “Qəbələ”nin Kamana ilə müqavilə imzalaması gözlənilir.
Qeyd edək ki, 1981-ci il təvəllüdlü bu oyunçu “Mersin İdmanyurdu”nda bu il cəmi 3 oyuna çıxıb. Onun bundan əvvəlki klubu isə “Sivasspor” olub ki, burda 2009–2011 mövsümləri ərzində 52 oyuna 11 qol vurub. Bütövlükdə isə Kamanan vaxtilə “Tottenham” (İngiltərə), “Strasbourg” (Fransa), “Dijon” (Fransa), “Ajaccio” (Fransa), “Maccabi” (Herzliya, İsrail), “Maccabi” (Təl-Əviv, İsrail) kimi klublarda da top qovmağa imkan tapıb və heç də pis karyeraya malik deyil.
