2 yanvar 2012 12:27
Sumqayıt yanvarda 5 oyun keçirəcək
“Sumqayıt” qış hazırlıq planlarını müəyyənləşdirib. Azerisport.az xəbər verir ki, Bernard Raabın komandası yanvarın 5-də bir araya gələcək.
Komanda yanvarın 15-nə kimi Bakıda hazırlaşacaq. Bu hazırlıq prosesi dövründə Sumqayıt təmsilçisi bir sınaq matçı keçirməyi də planlaşdırır.
Yanvarın 16-da isə “Sumqayıt” da əksər klublarımız kimi Türkiyəyə yola düşəcək. Gənclik şəhərinin təmsilçisi yanvarın 30-na kimi Belekdə təlim-məşq toplanışında olacaq. Qardaş ölkədəki hazırlıq zamanı isə daha dörd sınaq matçının keçirilməsi nəzərdə tutulub. Mümkün rəqiblər arasında Türkiyə və Avstriya klublarının adları hallandırılır.
