2 yanvar 2012 00:34
La Liqa klubunda yeni baş məçqçi
Futbol üzrə İspaniya La Liqasında çıxış edən “Real Zaragoza” komandası özünə yeni baş məşqçi tapıb. Azerisport.az xəbər verir ki cari mövsümdə çox pis nəticələrə imza atdığı üçün son pillədə qərarlaşan komandaya bundan sonra “Sevilla”nın sabiq çalışdırıcısı Manolo Ximenes rəhbərlik edəcək.
Qeyd edək ki, komandanın uğursuz çıxışından cana doyan klub rəhbərliyi bir neçə gün öncə baş məşqçi Xavyer Aqirre ilə yollarını ayırmaq məcburiyyətində qalmışdı. İndi Manolo Ximenesin Aqirrenin bacarmadığı işin öhdəsindən nə dərəcədə yaxşı gələ biləcəyi maraqla gözlənilir.
Qeyd edək ki, 47 yaşlı Ximenes İspaniya ikinci liqasında “Sevilla B” komandası ilə çempion olduqdan sonra 2007-2010 illəri arasında bu komandanın əsas heyətini çalışdırmışdı. “Real Zaragoza”nın yeni baş məşqçisinin bu gündən rəsmi fəaliyyətə başlayacağı bildirilir.
