3 yanvar 2012 00:50

XL Serbiya millisinin qapıçısını alır

Azərbaycan kubokunun sahibi “Xəzər Lənkəran” Serbiya yığmasının qapıçısı ilə güclənə bilər. Azerisport.az xəbər verir ki, cənub klubu Vladimir Stoykoviçin xidmətində maraqlıdı.
 
Bu barədə “ağ-yaşıllar”ın serb əsilli hücumçusu Branimir Subaşiç məlumat verib: “Bu yaxınlarda komandamızın baş məşqçisi postunda Mirça Redniki Cüneyt Biçər əvəzlədi. O və klub prezidenti Mais Mənsimov məndən xahiş etdilər ki, Stoykoviçi komandamıza cəlb etməyin yolları haqda düşünüm”.
 
Subaşiç Serbiya mətbuatına açıqlamasında daha sonra bunları əlavə edib: “Onlar bu transferin gerçəkləşməsində çox maraqlıdılar. Həm prezident, həm də baş məşqçi. Buna görə əminəm ki, bir neçə gün sonra Stoykoviçə Azərbaycandan rəsmi təklif gələcək”.
 
Qeyd edək ki, Stoykoviç hazırda Belqrad “Partizan”ında çıxış edir. Halbuki, 28 yaşlı qapıçı “Crvena Zvezda”nın yetirməsidi. Stoykoviç Fransanın “Nant”, Hollandiyanın “Vitesse”, Portuqaliyanın “Sporting”, İspaniyanın “Getafe” və İngiltərənin “Wigan” klublarında da forma geyməyə imkan tapıb.
 
O, Serbiya yığmasında 38 matça çıxıb. Onun ən yaddaqalan oyunlarından biri DÇ-2010-nun Almaniyaya qarşı oyunu olub. Stoykoviç qapısını toxunulmaz saxlamaqla yanaşı, həm də Lukas Podolskinin penaltisini dəf etmişdi.
 
Əgər Stoykoviç cənub təmsilçisinə gəlsə, hazırkı məqamda Premyer Liqamızda üçüncü serb qapıçı olacaq. Çünki “Neftçi”nin əsas qapıçısı Saşa Stamenkoviç olduğu halda, “Qarabağ”da da bu işi Boyan Pavloviç yerinə yetirir. “Xəzər Lənkəran”da hazırda Kamran Ağayevlə Kamal Bayramov kimi qapıçıların olduğunu da qeyd edək.

 

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.