3 yanvar 2012 01:15
Araz bu gün Super Liqada debüt edə bilər
Futbol üzrə Azərbaycanın gənclərdən ibarət yığmasının üzvü Araz Abdullayev bu gün “Panionios”da ilk rəsmi oyununa çıxa bilər. Azerisport.az xəbər verir ki, Afina təmsilçisinə icarəyə verilən futbolçumuz Yunanıstan çempionatında debüt edə bilər.
Belə ki, “Panionios” Yunanıstan Super Liqasının 15-ci turunda doğma meydanda “Asteras”la qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 19:15-də başlayacaq. Matç saatına qədər sənədləşmə işləri yekunlaşsa, futbolçumuz meydana çıxa biləcək.
