3 yanvar 2012 13:26

Rəşad Abdullayev: Neftçidən qızıl dubl gözləyirəm

“Neftçi”nin yarımmüdafiəçisi Rəşad Abdullayev azerisport.az saytına müsahibəsində komandasının qarşıdan gələn təlim-məşq toplanışından, eləcə də 2012-ci ildən gözləntilərindən danışıb.
 
- Yeni ili necə qarşıladınız?
- Yaxşı qarşıladım, ailəmlə birgə. İli birinci pillədə başa vurduq, qış çempionu olduq. Bu da hər birimiz üçün əlavə bir hədiyyə oldu.
 
- Qarşıda isə sizi ağır təlim-məşq toplanışı, yoldaşlıq oyunları gözləyir. Hansı ki, rəqiblərinizdən də biri “Terek” olacaq...
- Bəli, tezliklə Bakıda bir araya gəlib, Türkiyəyə yollanacağıq. Orda “Terek” də daxil olmaqla bir neçə oyun keçirəcəyik. Hələlik digər rəqiblərimizin kim olacağını mən də bilmirəm. Hər şey komandayla bir araya gələndə bilinəcək. Hər halda bu toplanışdan komandaya ancaq fayda gələcək.
 
- Sizcə, komandaya güclənmək lazımdı?
- Düzünü deyim ki, bizim heyətimiz artıq tam formalaşıb. Buna görə də güclü dəyişikliklərə ehtiyac olduğunu düşünmürəm. Digər tərəfdən, hər şeyə məşqçilər korpusu qərar verir. Əgər onlar kimisə lazım bilsələr, gətirərlər.
 
- “Neftçi”nin Emil Mpenza ilə yollarını ayırmaq istəməsinə münasibətiniz necədi?
- Bəli, Mpenza gedəcək, ona görə də həmin boşluğu doldurmaq lazım gələcək. Fikrimcə, ondan sonra hansısa problemlə üzləşmərik.
 
- Premyer Liqanın ilk 18 turundakı çıxışınızı necə qiymətləndirərdiz?
- Bu mövsüm bizim üçün düşərli oldu. Baxmayaraq ki, bütün oyunlarımızda eyni səviyyədə çıxış edə bilmədik. Əla keçirdiyimiz oyunlar da oldu, tam əksi də. Amma bu mövsüm onsuz da gözlənilməz nəticələrlə zəngindi. Məsələn, kimin ağlına gələrdi ki, son pillələrdə gedən “Sumqayıt” “Qarabağ”ı səfərdə yenər? Digər nöqteyi-nəzərdən baxanda isə belə olması normaldı.
 
- “Neftçi” birinci pillədə olsa da, “İnter” (2) və “Xəzər Lənkəran”dan (3) daha çox məğlubiyyətlə üzləşib (5)...
- Bu, hardasa başadüşüləndi. Biz hücum futbolu oynayırıq. “İnter” isə daha çox müdafiəyə fikir verir. Sadəcə, oyun üslublarımız fərqlidi. Qələbə üçün irəli atılan komandanın uduzmaq təhlükəsi heç də az olmur. Amma bizim uduzmaq limitimiz dolub, daha xal itirməyə haqqımız yoxdu.
 
- 2012-ci ildən nə gözləyirsiz?
- Ötən mövsüm mənim oyunum pis alınmadı, komandam da Azərbaycan çempionu oldu. Bu mövsüm də titulumuzu qoruyub saxlamaq istəyirik. Həmçinin ölkə kubokunu qazanmaq istəyirik. Özüm üçün arzum budu ki, “Neftçi”yə bu hədəflərinə çatmaqda kömək edə bilim.
 
- Millidən dəvət gözləyirsiz?
- Məni Azərbaycan yığmasına çağıracaqlarını düşünmürəm. Bu, az inandırıcıdı. Buna görə də klubumdakı çıxışıma köklənmişəm. Amma əgər lazım bilib, milliyə dəvət etsələr, bu heç də pis olmayacaq.
 

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.