3 yanvar 2012 13:35
Bakının sabiq oyunçusu Tailand çempionatında
“Bakı”nın sabiq oyunçusu Adanan Barakat özünə yeni klub tapıb. Azerisport.az xəbər verir ki, o, bundan sonrakı karyerasını Tailand çempionatında davam etdirəcək.
Onun Hollandiya “Telstar”ı ilə anlaşdığı bildirilsə də, son anda tərəflər müqavilə bağlamaqdan imtina ediblər. Bu üzdən də türk əsilli hollandiyalı futbolçu Tailand klubundan gələn sərfəli təklifi müsbət cavablandırmalı olub.
