3 yanvar 2012 15:08

Ernad Skuliç: Əgər Starkov olmasaydı, elə Bakıda qalardım

“Bakı”nın bu qış yollarını ayırdığı futbolçulardan olan Ernad Skuliç azerisport.az saytına müsahibəsində baş məşqçi Aleksandr Starkovun onu komandadan uzaqlaşdırmasının səbəblərindən, eləcə də gələcək karyerasından danışıb.

- Niyə karyeranızın 4 ilini həsr etdiyiniz “Bakı”dan ayrılmalı oldunuz?
- Baş məşqçi ilə yola gedə bilmədik. Özü də təkcə mən yox. Artıq bir çox futbolçu eyni problemlər səbəbindən komandadan ayrılmalı olub.
 
- Bəs bunun konkret səbəbi nədi?
- O, məni öz komandasında görmürdü. Mən zədə aldıqdan sonra bir müddət sıradan çıxdım. Zədədən qayıtdıqdan sonra isə özümü göstərmək şansı qazanmadım. Artıq görünürdü ki, Starkov məni heyətdə görmək istəmir.
 
- Bu qədər ildən sonra komandadan ayrılmaq üzücü olmadı ki?
- Mən həqiqətən “Bakı”dan ayrılmaq istəmirdim. Hər halda yaxşı hisslərlə gedirəm. Rəhbərliklə mənim əla münasibətlərim var idi. Onlar futbolçuları həmişə dəstəkləyiblər.
 
- Buna baxmayaraq, yenə Azərbaycanda qalmaq istəyirsiz. Nə əcəb başqa yerdə çıxış etməkdə maraqlı deyilsiz?
- (gülür) Mən artıq Azərbaycana, Bakıya alışmışam. Ailəm də bu şəhərdə yaşamaq istəyir. Burda bizə həqiqətən hər şey yaxşıdı. Azərbaycan futbolu da mənə yaxındı. Əgər Starkov olmasaydı, mən elə “Bakı”da qalardım.

 
- “Bakı”da da olmasa, Premyer Liqada qalacaqsız...
- Hər şey mənim özümə yeni komanda tapmağımdan asılıdı. Karyeramı ilk altılıqda qərarlaşan komandalardan birində davam etdirmək variantı var. Amma hələ kiminlə danışıq apardığımı deyə bilmərəm.
 
- Bu, təsadüfən “Xəzər Lənkəran” deyil?
- Bu barədə heç nə bilmirəm. Amma əgər ciddi maraqlansalar, görüşüb, danışmağa hazıram.
 
- Bakını Lənkərana dəyişməyə hazırsız?
- Əgər yaxşı təklif olsa, niyə də yox? Lənkəranda yaşamağa da hazıram. Əsas odu ki, yenə Azərbaycan çempionatında qalım.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.