3 yanvar 2012 18:36
Araz Abdullayev rəsmən təqdim olundu (FOTO)
Yunanıstanın "Panionios" klubuna icarəyə verilən Araz Abdullayev bu gün rəsmən təqdim olunub. Azerisport.az xəbər verir ki, yunan təmsilçisi həmyerlimizlə 6 aylıq müqavilə imzalayıb.
Artıq Arazın yeni komandasında hansı hansı nömrə altında çıxış edəcəyi də müəyyənləşib. Milli komandamızın üzvü "Panionios"da 70 nömrəli formanı geyinəcək. Qeyd edək ki, müqavilə ilə İngiltərənin "Everton" klubuna məxsus olan Araz bu gün Superliqada debüt edə bilər.
