3 yanvar 2012 18:48
İnter Almaniya klubu ilə görüşəcək
“İnter”in Antalyada keçirəcəyi təlim-məşq toplanışı zamanı qarşılaşacağı komandaların adları məlum olub. Azerisport.az xəbər verir ki, yanvarın 14-də Antalyaya yollanacaq komanda növbəti gün məşqlərə başlayacaq.
Ayın 19-da “İnter” Almaniyanın “Karlsrue” komandasıyla yoldaşlıq oyunu keçirəcək. Yanvarın 25-də Qazaxıstanın “Atırau” komandasıyla qarşılaşacaq “İnter” yoxlama oyunlarını fevralın 4-də Bolqarıstan çempionatının lideri olan “Ludqorets” komandasıyla keçirəcəyi matçla yekunlaşdıracaq.
Əlavə edək ki, bu matçlardan başqa “İnter” daha 3 yoldaşlıq oyunu keçirəcək. Rəqiblərin adları yaxın zamanlarda məlum olacaq.
