3 yanvar 2012 18:58

Latviya Starkovdan imtina etmədi

“Bakı”nın baş məşqçisi Aleksandr Starkovun futbol üzrə Latviya yığmasındakı işini davam etdirəcəyi dəqiqləşib. Azerisport.az xəbər verir ki, 56 yaşlı mütəxəssislə Latviya Futbol Federasiyası arasında aparılan danışıqlar müsbət nəticə verib və ölkəmizdə çalışan mütəxəssisin yığmanın baş məşqçisi postunda qalmasına qərar verilib.
 
Artıq tərəflər arasında yeni iki illik müqavilə də imzalanıb. Fevralın 29-da Starkov köhnə-yeni komandasıyla Qazaxıstana qarşı yoldaşlıq oyunu da keçirəcək. Bundan əlavə latviyalıları Polşa (22 may) və Çernoqoriya ilə (15 avqust) də görüşlər gözləyir.
 
LFF-nin baş katibi Yanis Mejekis bildirib ki, o, Starkovun “Bakı”dakı işinə mane olmayacaq. Amma bu məsələ yenidən gündəmə gələ bilər: “Biz hələ Starkovun yeni zamanda “Bakı”da da çalışması ilə razıyıq. Amma növbəti seçmə mərhələnin startı ərəfəsində vəziyyət dəyişə də bilər”.
 
Qeyd edək ki, “Bakı” rəhbərliyi də Starkovun yeni zamanda Latviya yığmasındakı işini davam etdirməsində problem görmədiklərini bildirirdi. Lakin yaxın gələcəkdə latviyalı mütəxəssisin işləri daha çox olacaq. Onun hər iki cəbhədə gərgin iş qrafikinə necə dözəcəyi və bu işinin öhdəsindən nə dərəcədə layiqincə gələcəyini zaman göstərəcək.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.