3 yanvar 2012 19:26

Mpenza: Hacıyevin gəlişindən sonra Neftçidəki işlərim pisləşdi

“Neftçi”nin belçikalı hücumçusu Emil Mpenza hazırkı komandasıyla yollarını ayırmaq istəməsindən, durumundan və gələcək planlarından danışıb. Azerisport.az xəbər verir ki, o, ölkəsindən olan jurnalistlərə açıqlamasında bunları dilə gətirib:

“Ötən mövsüm “Neftçi”yə Arif Əsədov rəhbərlik edərkən hər şey daha yaxşı idi. Düzdü, mütəmadi olaraq əsas heyətdə meydana çıxmırdım. Amma buna baxmayaraq altı qol vurmağa imkan tapmışdım. Bəzi oyunlarda komandamın qələbəsində pay sahiblərindən biri olmuşdum. Mən ciddi zədə ilə üzləşdiyim dövrdə isə komandada baş məşqçi dəyişikliyi oldu”.
 
Belçikalı forvardın sözlərinə görə, onun komandadakı hazırkı durumu heç də ürəyincə deyil: “Yeni baş məşqçi Böyükağa Hacıyevin komandaya gəlişindən sonra mənim komandadakı işlərim pisə doğru dəyişməyə başladı. Mən artıq meydana çox təsadüfi hallarda çıxa bilirəm. Halbuki, özümü yaxşı formada sayıram. Mən heç vaxt baş məşqçilərimin seçiminə görə pis olmamışam. Həmin onların qərarına hörmətlə yanaşmışam. Amma hazırkı durumum heç də xoş deyil”.
 
Mpenza hazırda özünə yeni iş yeri axtardığını bildirib: “İndi menecerim mənə yeni klub axtarır. “Neftçi” də buna qarşı deyil. Bakı mənim xoşuma gəlirdi. Amma görürəm ki, yeni təkliflər haqda düşünmək lazımdı”.
 
Təcrübəli hücumçu yenidən öz ölkəsində oynamaq variantını istisna etmir: “Vaxtilə debüt etdiyim çempionata qayıtmağı daha çox istəyirəm. Belə olan halda mən öz oğluma da yaxın ola biləcəm”.
 
(DEA)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.