3 yanvar 2012 11:19
Azərbaycan yığması artıq Sankt-Peterburqdadı (FOTOREPORTAJ)
Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXIV beynəlxalq turnirdə iştirak edəcək 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün Sankt-Peterburq şəhərinə gedib. Azerisport.az xəbər verir ki, yığmamız turnirə aşağıdakı heyətlə yollanıb:
Emil Balayev, Əliyev Orxan, Ruslan Nəsirli, Samir Yusifov, Şamil Cəmalləddinov (hamısı – «Sumqayıt Şəhər»), Murad Musayev («Qəbələ»), Rəşad Əzizov, Tural Məmmədli, Məqsəd İsayev, Elşən Abdullayev (hamısı – «Neftçi»), Fuad Bayramov, Azər Salahlı (hər ikisi – «İnter»), Azər Abbasov, Tural Hümbətov (hər ikisi – «Zenit», Rusiya), Əli Əliyev («Zirka», Ukrayna), Tofiq Şəfiyev («Sport Akademiya», Rusiya), Elnur İsmayılov («Daçiya», Moldova), Ruslan Bədəlov («Volqoqrad», Rusiya), Namiq Ələsgərov («Bakı»), Samir Məsimov («Lokomotiv», Moskva, Rusiya).
Komandamızın Sankt-Peterburqda keçirdiyi ilk məşqindən hazırlanmış fotoreportajı diqqətinizə çatdırırıq:
