3 yanvar 2012 11:32
Aleksandr Starkov Qazaxıstana qarşı
Futbol üzrə Latviya yığması yoldaşlıq oyunu keçirməyi planlaşdırır. Azerisport.az xəbər verir ki, “Bakı”nın baş məşqçisi Aleksandr Starkovun çalışdırdığı bu ölkənin yığması Qazaxıstanla qarşılaşmaq istəyir.
Qarşılaşmanın fevralın 29-da keçirilməsi nəzərdə tutulub. Böyük ehtimalla bu oyun Türkiyənin Antalya şəhərində baş tutacaq. Çünki hər iki ölkənin millisi həmin vaxt qardaş ölkədə təlim-məşq toplanışı keçirməyi planlaşrırır.
