4 yanvar 2012 01:05
İran Azərbaycan millisi ilə oyundan imtina edə bilər
Futbol üzrə İran yığması Dubay toplanışı çərçivəsində İordaniya millisi ilə yoldaşlıq oyunu keçirə bilər. Azerisport.az xəbər verir ki, sözügedən yığmalar arasındakı danışıqlar uğurlu nəticələnsə, İran Azərbaycan millisi ilə görüşdən imtina edə bilər.
Qeyd edək ki, millimiz də İranla qarşılaşmaq niyyətindədi. Artıq AFFA bu ölkə yığması ilə rəsmi danışıqların aparılıdığını da bəyan edib. Millimizin Dubay toplanışının fevralın sonundan etibarən başlayacağını da bildirək.
