4 yanvar 2012 01:12
Baş məşqçisi Arazı təriflədi
Yunanıstanın “Panionios” klubunun baş məşqçisi Apostolos Mantzios futbol üzrə Azərbaycanın gənclərdən ibarət millisinin yarımmüdafiəçisi Araz Abdullayevin Superliqadakı debüt matçından danışıb. Azerisport.az xəbər verir ki, o, komandasının 2:0 hesabıyla qələbə qazandığı görüşdən sonra bunları dilə gətirib:
“Araz bizə yeni qoşulub və mənə onun hansı formada olmasını görmək vacib idi. Gördüklərim xoşuma gəldi. O, qarşıdakı oyunlarda daha da inkişaf edəcək. İndi onun üzərində məlum təzyiq var, müəyyən qədər həyəcanlı ola bilər. Amma zamanla bütün bunlar keçəcək”.

Qeyd edək ki, “Asteras”la oyunun 62-ci dəqiqəsində meydana çıxan Araz az sonra komandasına penalti qazandırsa da, oyundaşı həmin şansdan yararlana bilməyib.