4 yanvar 2012 18:20
Millimiz 2012-ci ilə biabırçı məğlubiyyətlə başladı (YENİLƏNİB)
Bu gün 19 yaşadək futbolçulardan arasında təşkil olunan Valentin Qranatkinin xatirəsinə həsr olunmuş 24-cü beynəlxalq turnirə start verilib. Azerisport.az xəbər verir ki, Rusiyanın Sankt-Peterburq şəhərində təşkil olunan turnirdə Azərbaycanın U-19 millisi də qüvvəsini sınayır.
Turnirin ilk oyun günündə komandamız Finlandiya ilə üz-üzə gəlib. Lakin sözügedən turnirin son qalibi ilə duel komandamız üçün rüsvayçı məğlubiyyətlə başa çatıb. Finlər yığmamızın qapısından 7 cavabsız top keçiriblər.
Qrupumuzdakı digər rəqibimiz isə Sankt-Peterburq yığmasıdı ki, Vəli Qasımovun yetirmələri meydan sahibləri ilə də sabah görüşəcəklər.
Beynəlxalq turnir
4 yanvar
Azərbaycan – Finlandiya - 0:7 (0:1)
22. Yığmamız hesabda geri düşür
30. Azərbaycan millisi məğlub durumda olması azmış kimi, azlıqda qalır
53. Millimiz ikinci qolu qapısından buraxır
59. Komandamız üçüncü dəfə meydanın mərkəzinə dəvət olunur
67. Finlər daha bir qol vururlar
73. Millimizin rəqibi daha bir qol vurmaqla hesabı biabırçı həddə çatdırır
76. Futbolçularımız növbəti qola üzülürlər
83. Finlər yeddinci qola sevinirlər
Yığmamız meydana aşağıdakı start heyətlə çıxıb: 1. Emil Balayev, 2. Tural Hümbətov, 5. Samir Yusifov (k), 6. Fuad Bayramov, 7. Namiq Ələsgərov, 8. Ruslan Bədəlov, 10. Elşən Abdullayev, 15. Murad Musayev, 16. Ruslan Nəsirli, 17. Şamil Camaləddinov, 19. Azər Salahlı.
