4 yanvar 2012 19:26

Bakıdan möhtəşəm layihə (FOTO)

"Bakı" ötən ilin son günlərində misli-bərabəri olmayan layihəyə start verdi. Azerisport.az xəbər verir ki, özündə bir çox idman növlərini birləşdirən İdman klubuna çevrilən "Bakı" yeni ilin ilk günlərindən klub infrastrukturunun təkmilləşdirilməsi sahəsində Azərbaycan idmansevərlərinin üzünü güldürəcək möhtəşəm bir fəaliyyətə başladı.
 
"Bakı" idman klubunun prezidenti Hafiz Məmmədovun sərəncamına əsasən hazırlanan inkişaf proqramına uyğun olaraq klub bazasının inşasının ikinci mərhələsinə qədəm qoyuldu. Artıq inşa olunaraq idmançıların ixtiyarına verilən təlim-məşq bazasının davamı olaraq yeni idman kompleksləri və futbol sahələrinin tikintisini nəzərdə tutan proqramın icrasına başlandı.
 
Qısa bir müddətdə tamamlanacaq proqram daxilində təbii örtüklü 4 yenu futbol sahəsi, idmançılar üçün 120 nəfərlik mehmanxana, 3000 azarkeş tutumuna malik dünya standardlarına cavab verən universal qapaılı idman zalı inşa olunacaq. Bu arenada istənilən səviyyəli beynəlxalq yarışlar təşkil etmək mümkün olacaq.
 
Yaxın aylarda layihə çərçivəsində futbol arenasının yenidən qurulması, təxminən, 3000 azarkeş qəbul edəcək müasir futbol stadionuna çevriləcəyi reallaşacaq.
 
Klub qarşısında ilkin vəzifə olaraq "Bakı"nın geniş fəaliyyət spektrli idman klubuna transformasiyası, istər olimpiya, istərsə də, digər idman növlərini özündə birləşdirəcək aparıcı bir quruma çevrilməsi qoyulub. İnfrastruktur və ən müasir texniki vəsaitlərlə təhciz olunacaq idman klubuna təcrübəli və nüfuzlu mütəxəssislər cəlb olunacaqlar.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.