4 yanvar 2012 19:45
Hafiz Məmmədov: Bakının yeni mərhələyə yüksəlməsi barədə qərar verilib
Yeni ildə ilk addımlarını atan "Bakı" idman klubunun prezidenti Hafiz Məmmədov klubun qarşısında duran vəzifələr və gələcək planlar barədə fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, klubun rəsmi saytına açıqlamasında bunları dilə gəririb:
“Bilirsiniz ki, Azərabycan çempionatında "Bakı" futbol klubu ilə bərabər voleybol komandamız da fəaliyyət göstərir. Artıq klubumuzun yeni mərhələyə yüksəlməsi barədə qərar verilib. "Bakı" idman klubuna çevrilir. Futbol və voleybolla yanaşı klubumuzda digər idman növləri üzrə bölmələr də yer alacaq.

Yaxın zamanlarda "Bakı" futbol klubunun təlim-məşq bazasının ərazisi genişlənir və yeni idman qurğuları və meydanların salınmasına başlanılacaq. Təbii örtüklü 4 futbol meydanı ilə yanaşı standardlara cavab verən daha bir qapalı idman kompleksi inşa olunacaq. Bu arenada voleybolla yanaşı, digər idman növləri, o cümlədən, basketbol, futzal, digər oyun növləri və s. yarışlar keçiriləcək.
Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev digər sahələrə olduğu kimi idmana da xüsusi diqqət yetirir. Biz idman klubları da, əlbəttə ki, bu siyasətin davamı olmalıyıq. Dövlət başçısının bütün sahələrlə bərabər humanitar və iqtisadi sahələrdə apardığı ardıcıl və uğurlu inkişaf siyasəti bizi daha da ruhlandırır. Səmimi deyim ki, bir çox dünya ölkələri Azərbaycanın sürətli inkişafına həsəd aparırlar".