4 yanvar 2012 12:25
Vaqif Cavadov: AFFA-nın qərarının ləğvinə nail olmaq istəyirəm
Futbol üzrə Azərbaycan millisindən bir illiyə uzaqlaşdırılan Rusiyanın “Volqa” klubunun hücumçusu Vaqif Cavadov azerisport.az saytına müsahibəsində ötən ili dəyərləndirib, yığmadakı durumuna toxunub.
- “Volqa” ilə təlim-məşq toplanışınız nə vaxt başlayır?
- Sabah (bu gün) Moskvaya yola düşürəm. İki gün sonra isə bütün komanda ilə birgə Türkiyəyə yola düşəcəyik. Antalyada təlim-məşq toplanışında olacağıq. Fikrimcə, bu toplanışdan sonra “Volqa” daha da güclü oyun nümayiş etdirməyə başlayacaq.

- Rusiyada legioner limiti nə vaxt dəyişsə, yerli futbolçuların lehinə qərar verilir. Azərbaycanda legioner limitinin “8+3” olması sizi təəccübləndirmir?
- Azərbaycanda da bunu dəyişmək lazımdı. Əgər səhv etmirəmsə, limiti “7+4”ə endirmək istəyirlər. Fikrimcə, bizim oyunçulara daha çox şans verilməlidi. Çoxlu istedadlı oyunçularımız var. Onlara da oyun təcrübəsi lazımdı. Limit nə qədər az olacaqsa, futbolçularımızın da oynaması üçün lap çox şans olacaq.
- Rusiya Premyer Liqası sizin orda uzaq qaldığınız altı ildə nə dərəcədə dəyişib?
- Çox şey dəyişib. Səviyyə daha da qalxıb. Çempionluğa oynayan komandaların sayı artıb, onlara yatırılan pullardan söz açmağa dəyməz. Əminəm ki, yaxın gələcəkdə Rusiya Premyer Liqası daha maraqlı olacaq. Öz Premyer Liqamızın da gələcəyinə inanıram. Bizim əsas problemimiz stadionlardı. İnanın ki, bizə gələn legionerlər nə qədər yüksək səviyyəli olsa da, o, öz bacarığını heç vaxt Tovuz stadionunda nümayiş etdirə bilməz.
- Sizi “Twente”yə dəvət edən Stiv Maklaren yenidən həmin komandaya qayıdıb. Yeni dəvət gözləmirsiz?
- Məni həqiqətən “Twente”yə Maklaren aparmışdı. Amma indi hər şey dəyişib. İndi bütün fikirlərim “Volqa” ilə bağlıdı. O məşqçiyə də köhnə-yeni klubunda uğurlar arzulayıram. Əminəm ki, Maklarenə yenidən bu komandanı ən yaxşı etmək nəsib olacaq.

- Araz Abdullayevin “Panionios”a keçidindən xəbəriniz var?
- Arazın oyunu Yunanıstan çempionatına uyğundu. Superliqa Abdullayev üçün tramplin ola bilər. Onda yaxşı şans yaranıb, indi bu şansdan yararlanmaq lazımdı.
- Arazın oyunu Yunanıstan çempionatına uyğundu. Superliqa Abdullayev üçün tramplin ola bilər. Onda yaxşı şans yaranıb, indi bu şansdan yararlanmaq lazımdı.
- Rauf Əliyev ötən ilin ən yaxşı oyunçusu oldu. Siz bu seçimlə razısız?
- Mən də ona səs vermişdim. Rauf əla futbolçudu. Onu ən yaxşı seçən “Qarabağ”da və yığmada vurduğu vacib qollar oldu. Ədalətli seçim olduğunu düşünürəm.
- Mən də ona səs vermişdim. Rauf əla futbolçudu. Onu ən yaxşı seçən “Qarabağ”da və yığmada vurduğu vacib qollar oldu. Ədalətli seçim olduğunu düşünürəm.
- Yığmanın Dubay toplanışına dəvət gözləyirsiz?
- Məni daha çox AFFA-nın mənə verdiyi cəza narahat edir. Bu qərarın ləğvinə nail olmaq istəyirəm. Sonrasına isə Foqts qərar verəcək.